|
Sual yaz |
|
19.04.2016 |
emil agayev |
Sual: salam menim bele bir problemim var hal hazirda islemediyim kohne sirketin mudiri menim adima 5000 manat kredit goturub muqavileye men imza atmiwam 2015-ci ilde indi meni tehdid edirki ele ederem bankin pulunu sen odeyersen mende krediti goturen zaman video cekmiwem gizlice pulu verende men bankdan alanda hamisi videoda var indi men mehkeme yolu ve sizin komekliyinizle ne ede bilerem? indiye qeder hamisin ozu odeyib muqavile çekler hamisi ondadi. birweyide deqiq bilmirem mene zamin kimi durub ya yox hecneyide zalok qoymamiwam getmiwik qol cekmiwem muqavileye goturmuwem krediti 21 yawim tamam olmamiwdi 1995ci il tevelludem |
Cavab: Biz alıcı hüquqlarını qoruyuruq. Təəssüf, Sizə kömək edə bilmirik. Hüquqi yardım almaq üçün Qaçay müəllimlə əlaqə saxlayın - 050 341 59 17. |
|
|
|
|
12.04.2016 |
sədaqet hacıyev |
Sual: Salam qaz cekmek ücün menden 1000manat pul isteyir qaz idaresi.Ana qaz xetti var.Bu ne qeder düzgündü |
Cavab: Bu barədə ASAN xidmətə müraciət edib, texniki şərt almalısınız, layihə - smeta sənədləri sifariş verib, onun əsasında səlahiyyətli tikinti təşkilatlarının biri ilə müqavilə bağlayıb, qanuni şəkildə ödəniş edib qaz çəkdirə bilərsiniz. Əgər fiziki şəxsinizsə qaz sayğacı Sizə pulsuz veriləcək. Qeyri-rəsmi adamlarla əlaqəyə girməyin! |
|
|
|
|
05.04.2016 |
Elmar feteliyev |
Sual: Salam men telefonum ucun bir hisse almisam amma mene hemin hisseni isdediyim kimi vermiyibler saticiya bu barede dedim oda dediki bele olmalidi eslindemal bele olmamalidi malda deyisiklik olub geriye qaytarmaq isdeyirem qaytarmillar ne edim?? |
Cavab: 14 gün müddətində qaytarmaq hüququnuz var. Ərizə yazın, kömək edək. |
|
|
|
|
03.04.2016 |
goyercin abbasova |
Sual: Vesiyet nameyle evi adima kecirmek isteyirem hansi senedler lazimdi |
Cavab: Biz istehlakçı hüququ qoruyuruq. Bu məsələ bizə aid deyildir. |
|
|
|
|
28.03.2016 |
Rasim Əliyev |
Sual: SalamZəhmət olmasa bir məsələ barəsində maraqlanmaq istərdim.Kənd təsərrüfatı məhsullarının zərərli maddələr olub-olmamasını yoxlamaq üçün İndikatqələm deyilən bir cihaz var idi keçmişdə.İndi həmin aparatdan hardan tapmaq olar? |
Cavab: Həmin apparatın bir numunəsi bizdə var. Rusiya istehsalıdır. Gətirin yoxlayaq. |
|
|
|
|
28.03.2016 |
Shenay Quliyeva |
Sual: Salam. Daxili isler nazirliyinin 15.09.1993cu ilde verdiyi 575sayli emrini bilmek isteyirem men.aydinlasdira bilersinizmi menim ucun?. Tesekkur edirem . |
Cavab: Biz alıcı hüquqları qoruyuruq. Sual bizə aid deyildir. |
|
|
|
|
27.03.2016 |
alxaz alxazov |
Sual: salam men qusarseherinde restoran isdedirem mende mine yaxin stalicnaya araxinin bos butulkalari var hara ve hansi firna qebul edir mumkunse elsqe nomresi |
Cavab: Təəsüf ki, bu cür əlaqə bizdə yoxdur. |
|
|
|
|
25.03.2016 |
Razim Hemzeyev |
Sual: Salam her vaxtiniz xeyir men bir sey maraxlanmaq istiyirem mene hansisa arax firmasinin nomresini vere bilersiz? |
Cavab: Araq firmalarının nömrələri dükanda satılan malların üzərindədir. |
|
|
|
|
24.03.2016 |
cavid HEYDEROV |
Sual: YASAMAK FAKTININ TESTIQINE DAIR MEHKEMEYE MURACIYET ETMEK ISTEYIREM MENE ERIZE FORMASI QONDERIN |
Cavab: Biz alıcı hüququ qoruyuruq. Bu bizə aid məsələ deyildir. Hüquqşünas Qaçay Şahbazovla əlaqə saxlaya bilərsiniz 050 341 59 17 |
|
|
|
|
21.03.2016 |
Ceyhun ibrahimov |
Sual: Salam men daxili isler orqanlarina ise qebulla bagli nazirliye erze yazmaq isteyirem zehmet olmasa mene metni izah ederdizde |
Cavab: Biz istehlakçı hüququ qoruyuruq. |
|
|
|
|
19.03.2016 |
Aliye Murselova |
Sual: Salam xaiw edirem cavablandirasiniz.Bizim ev dayimin adinadi bizde ailelikce o evde propiskadayiq.Ama ev babamindi.Bilmek istiyirem babam rehmete gedennen sora bizi evden cixarda bilerlermi?Umumilikde bizim ev uzerinde hansi huququmuz var?Biz 4 nefer propiskadayiq birde dayim ve dayimin qizi.Ama dayimin oz evi evi var burda yasamir.Tez cavablandirsaz sevinerem.Indiden tewekkurler |
Cavab: Bu məsələ bizə aid deyildir. Təmənnasız məsləhət almaq üçün hüquqşünas Qaçay Şahbazova zəng vurun 050 341 59 17 |
|
|
|
|
17.03.2016 |
Gunay Bayramova |
Sual: Maccoffee nin unvani ni deye bilersiz |
Cavab: Sualınız aydın deyildir. |
|
|
|
|
16.03.2016 |
arif rəhimov |
Sual: salam,ərzaq məhsulları harada yoxlamaq olar?misal üçün toyuq əti, yəni yeməlidir, yoxsa yox.hörmətlə Arif m. |
Cavab: Səhiyyə Nazirliyinin gigiyena orqanlarına müraciət edə bilərsiniz. |
|
|
|
|
15.03.2016 |
cicek eliyeva |
Sual: Salam.men kend yerinde yawayiram.qonwum duz hasardan ev tikir(ikimertebe) hemin vetendaw hasarla ev arasinda mesafe saxlamalidirmi?yoxsa OZ HEYETIMDI OZUM BILEREM deyib mesafesiz tikilini tike biler?sabah horgu iwlerinin davamini mesafe olmadiqda menim heyetime kecib etmeye huququ catirmi?Menim bunu teleb etmeye huququm catirmi?yoxsa ozu biler?Tewekkur! |
Cavab: Bağışlayın, biz istehlakçı hüququ qoruyuruq. Bu bizə aid olan məsələ deyildir. |
|
|
|
|
14.03.2016 |
Cavid Murtuzov |
Sual: Salam, hər vaxtınız xeyir olsun.Sualım bir dərman preparatı ilə bağlıdır, konkret desək "AMXFLUX" antibiotiki ilə. Bu antibiotiki şəhərin istənilən aptekindən soruşduqda "bu yalnız Zəfəran apteklərində satılır" cavabını eşitdim. Aydın məsələdir ki, hər hansı bir əmtəəni yalnız bir yerdən əldə etmək mümkün olduqda bu monopoliyadır və monopolist istədiyi qiyməti təyin edə bilər. Rəqabət olmayan yerdə inkişaf yoxdur. 1 ampula antibiotiki 12 azn-ə almağa məcbur oldum. 1 müalicə kursunda həkimlərin adətən 10 ampula antibiotik təyin etmələrini nəzərə alaraq, mənim 120azn mənləğdə xərcə düşdüyümü hesablamaq çətin deyil.Sual: Hər hansı bir dərman vasitəsinin yalnız 1 aptekdə satılması nə qədər düzgündür? Təşəkkür edirəm. |
Cavab: Hörmətli Cavid müəllim, Sizin iradınızla tam razıyam. Bizim təşkilata ətraflı ərziə yazıb imza qoyub tələbinizi bildirsəniz, həmin dərmanın bütün apteklərdə satışına və qiymətin aşağı düşməsinə nail olmaq olar. Buyurun, ərizə yazın. Bizə zəng edin, əlaqə saxlayaq - 012 441 28 33 |
|
|
|
|
07.03.2016 |
Elsad Alnagiyev |
Sual: Bagislayin yadimdan cixdi elaqe telefonlari yazmaq 0702430680 0553439360 0505242083 bu nomrelerin hansina zenk vursaz cavab verilecek?????????? |
Cavab: |
|
|
|
|
07.03.2016 |
Elsad Alnagiyev |
Sual: Salam menim atamin Beynelxalq Bankda krediti var.Atam ustunze sagliq rehmete gedib mende zamin durmusam mene mecburi deyirki odemelisen.Menim ozumunde Beynelxalq Bankda kreditim var onu zorla odeyirem 2-ci qrup elilem bu Banga bir encam eleyen ya bu bangin yesi yoxdur qanunla bu ise baxilsin bir qerar verersiz cox cox xais edirem komek komek iteyirem butun orqanlardan??????? |
Cavab: Hörmətli Elşad müəllim, belə halda vətəndaş təbii ki, dövlət orqanına müraciət etməlidir. Zəng vurun İqtisadiyyat Nazirliyinə şikayətinizi bildirin 195 (2). |
|
|
|
|
06.03.2016 |
Sahib Xəlilov |
Sual: Forum niyə işləmir? Sual-cavabla problemləri həll etmək olmur. Forum olsa, camaat müəyyən malları müzakirə edər. Məsələn, südün, kərə yağlarının keyfiyyəti, onların reytinqi və s. Mən bilmək istəyirəm, bizdə satılan məhsullara palma yağı qatılırmı? Qatılırsa, bu insan üçün təhlükəli plan texniki palma yağı deyil ki? |
Cavab: Çalışacagıq Forum aktiv olsun, keçən ilin noyabr ayına qədər palma yağları barədə fikrim tam tənqidi idi. Lakin istehlakçı hüquqları ilə bağlı Braziliyada keçirilən dünya konqresində oldum. Və məlum oldu ki, Braziliyada və dünyanın bir çox ölkələrində qida üçün palma yağı qidada geniş istifadə olunur. Azərbaycanda da bu yağdan istifadə olunur. Lakin malların üzərinə bunu yazmırlar. Biz çalışacağıq ki, buna nail olaq. |
|
|
|
|
02.03.2016 |
Vüsal Həsənov |
Sual: Salam. Unibankın Albalı Plus kartını almışam bir il əvvəl. Kartın taksit xətti keçən ilin dekabrında bitirdi, lakin kartı alanda mənə demişdilər ki, taksit xətti bağlandıqdan sonra da, 2019-cu ilə qədər (kartın üstündə bu tarix yazılıb) kartdan debet kartı kimi istifadə edə, hesaba qoyduğum pulla onlayn ödəniş etməyə və həmin pulu Unibankın bankomatlarından çəkməyə davam edə bilərəm. Lakin bu ilin əvvəlindən kartdan istifadə etməyim mümkün olmayıb. Karta qoyduğum pulla xarici saytlarda onlayn ödəniş edə bilmirəm (əvvəl mümkün idi), üstəlik kart hesabına qoyduğum məbləği bankın bankomatından da geri ala bilmirəm, kartı aldığım filiala getməli oluram. Bu, istehlakçı hüququnun pöozulması hesab oluna bilərmi? Şikayət etməyimin bir faydası olarmı? |
Cavab: Yazılı şəkildə banka müraciət edin, yazılı cavab alın. Sonra məsləhətləşərik. |
|
|
|
|
29.02.2016 |
Elvin Memmedli |
Sual: Salam, mən hansısa şirkətə ərizə ilə şikayət yazmaq istəyirəm, ərizəmin qeydiyyata alınmasını necə bilə bilərə? Ümumiyyətlə ərizə necə qeydiyyata alınır? |
Cavab: Bu sual bizə aid deyildir. Biz istehlakçı (alıcı) hüququnu qoruyuruq. |
|
|
|
|
29.02.2016 |
Renat Akçurin |
Sual: Salam.Sizi narahat edən Bakı şəhəri,Sahil Qəsəbəsi sakini.Bu qün bizə 2 nəfər Azəriqazdan qəliblər,yoxlama ilə.Hər şeyi yoxlayıblar,amma bir noqsan tapdılar.Bizim qaz soba şlanq boru ilə birləşib.Dərhal cərimə yazdilar- 150AZN.İndi bu hüquqi yoxsa yox? |
Cavab: Cərimənin hüquqi əsası yoxdur, lakin qaz verilişini dayandıra bilərlər. Rezin boru ilə qaz çəkmək təhlükəlidir və qəti surətdə qadağandır. |
|
|
|
|
26.02.2016 |
Azad Rehimov |
Sual: SALAM MEN ASTARA RAYONUNDA YAWAYIRAM BIZ 3 QARDAWIQ ATAM ANAM REHMETE GEDIBLER OLARDAN QALAN TORPAQI BOLE BILMIRIK MEN MEHKEMEYEDE MURACIET ETMIWEM MEHKEME USE BAXIB AMMA EVE VE HEYETE DAIR SENED YOXDUR QABAQ NE SENETLERDI REISTIRDEB BE HEYET CIXIB NE DE EV MEHKEMEDE DIYIR EVIN VE HEYETIN SENEDLERIN DUZELDIN MEN ISE BAXIM QARDASLARIMDA ISTEMIR EVIN SENEDLERIN DUZELTMEYE QALMIWAM BELE MEHKEMEDE MENIM PAYIMI VERE BILMIR MEN NE EDIM KI OZ PAYIMI ALIM |
Cavab: Biz istehlakçı hüquqları qoruyuruq. Bu şikayət bizə aid deyildir. Hüquqşünas Qaçay müəllimlə əlaqə saxlayın. tel: 050 341 59 17 |
|
|
|
|
25.02.2016 |
Pasha Semedov |
Sual: Salam. Online magazalardan alinan mallar gosterilen muddetden gec catdirilirsa ne ede bilerem? Fevral ayinin 11-i sifaris vermisem, 5-7 gun erzinde catdirilmali idi, hele de catdirilmiyib (odenisi olunub) |
Cavab: 195-2 elefonuna zəng vurun, şikayətinizi bildirin. |
|
|
|
|
23.02.2016 |
Asif Axmedov |
Sual: Salam.460 qram сörəyi 30 qəpiyə verirlər bu nəqədər düzdür? səhvdirsə hara müraciət edim? |
Cavab: 195- telefonuna zəng edin. |
|
|
|
|
21.02.2016 |
Paşa Babayev |
Sual: Salam. Malın üzərindəki qiymətlə kassada vurulan qiymət fərqləndiyi zaman nə etməli? |
Cavab: 195-2 telefonu ilə İqtisadiyyat Nazirliyinə və ya 161 telefonu ilə prokurorluğa məlumat verin. |
|
|
|
|
18.02.2016 |
Dəyanət Ağayev |
Sual: Salam. Azərbaycanda olan günəbaxan tumlarının əksəriyyətinin içərisinə lotereya xarakterli kağız biletlər yerləşdirilir. Bildiyimə görə, ABŞ-da bu qadağandır. Yeyinti məhsullarının içərisinə yeyilməyəcək əşya qoyulması ABŞ qanunvericiliyi ilə qadağan edilir. Səbəb də aydındır. Reaksiya nəticəsində zəhərlənmə ehtimalı yüksəkdir. Sizcə, bizdə bu qayda niyə tətbiq edilmir? Yaxud artıq təkliflər edilib və bu istiqamətdə işlər aparılır?Təşəkkür edirəm. |
Cavab: Ölkədə \"qida təhlükəsizliyi haqqında qanun\" yoxdur. Qanun olmayan yerdə cinayət istisna olunmur. |
|
|
|
|
17.02.2016 |
Mikayıl Həsənov |
Sual: Salam.alınmış ətriyyat və kosmetika vasitelerini Geri qaytarmaq və ya dəyişdirmək mümkündürmü. Zəhmət olmasa biraz ətraflı cavablandırardınız. |
Cavab: Nazirlər Kabinetinin 114 saylı qərarına görə qeyd olunan mallar dəyişdirilməli olmayan mallar siyahısına daxildir. |
|
|
|
|
16.02.2016 |
Nuranə Hacıyeva |
Sual: Salam, Mən 11.02.2013-cü ildən bir şirkətdə çalışıram. Əmək müqaviləsi hər il 1 il müddətinə bağlanır mənimlə. 01.06.2014-cü il tarixdən analıq məzuniyyətindəyəm. Analıq məzuniyyətini isə 01.03.2016-cı il tarixə qədər götürmüşəm. Müddətli əmək müqaviləm 11.02.2016-cı ildə bitir. Şirkət mənə 15.02.2016-cı il tarixdə məktub göndərərək bildirib ki, 01.03.2016-cı il tarixdə analıq məzuniyyətiniz biydiyi gün 11.02.2016-cı ildə əmək müqaviləniz bitdiyi üçün əmək müqavilənizə xitam veriləcək? Bu nə dərəcədə qanunidir? Uşağın isə 3 yaşı 27.05.2017-ci ildə tamam olduğu üçün mən analıq məzuniyyətini 27.05.2017-ci il tarixə kimi uzatmaq istəyirəm. Bunu edə bilərəmmi? Yəni 11.02.2016-cı ildə əmək müqaviləsinin vaxtı bitməsinə baxmayaraq analıq məzuniyyətini 27.05.2017-ci il tarixə kimi uzada bilərəmmi? |
Cavab: Biz istehlakçı hüququ qoruyuruq. Bu sual bizə aid deyildir. |
|
|
|
|
16.02.2016 |
Ruslan Quliyev |
Sual: Salam.Biz dunen sumqayitda yerleshen HIPER marketden terevez doghramaq ucun yariavtomat mashin aldiq.evde yoxlayanda melum oldu ki dogramir.indi hemin mali qaytarmaq ve pulumuzu geri goturmek isteyirik. Market rehberliyi imtina edir her hansi bir odenish etmekden. Biz neylemeliyik? Minnetdaram. |
Cavab: AİİB-in Sumqayıt şəhər nümayəndəliyinə yazılı ərizə ilə müraciət edin. tel: 050 549 17 99 |
|
|
|
|
10.02.2016 |
Serefet Susurov |
Sual: 4 usaqli analar ne vaxt penisye alacaq |
Cavab: Sual bizə aid deyildir. |
|
|
|
|
|
Sual yaz |
|
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30 31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
|