İSTEHLAKÇI HÜQUQLARINA DAİR İNTERNET PORTAL
Home page Map Contact
N e w s L i n e
Dekabr-2025
Be Ça Ç Ca C Ş B
Bu gün ziyarətçilər: (60)
Dunen ziyarətçilər: (499)
Bu gün səhifə baxışı: (82)
Dünən səhifə baxışı: (583)
Question-Answer
Sual yaz
09.09.2016
Rafael Dadashov
Sual: Salam!Men Sizden bir mesele haqqinda melumat elde etmek isterdim.Evi temir meqsedile yaxinliqda yawayan Usta menden qabaqcadan 80man. pul aldi.Amma 2aya yaxindir ki, ne iw gorub, ne de ki, pulu qaytarmir.Mene deyir ki, vermirem pulu, hara wikayet edirsen ele.Men de polise getdim, wikayet erizesi yazdim.Indi de deyirler biz buna baxmiriq.bilmek isterdim ki, deleduzluga polis baxmirsa hara muraciet etmeliyem?
Cavab: 

Nəsləhət: 1. 195-1 nömrəsi ilə vergilər Nazirliyinə

2. Polis və prokurorluğa yazılı müraciət edin. 

09.09.2016
Fatima Huseynova
Sual: Salam, facebook shexsi sehifemde bacimdan bir video yerleshdirilib, menim shekilim uzerinde, videoya tiklayanda mene bir sms geldiki, siz sms xidmetine aktiv oldunuz, abunechilik aldiniz. imtina etmek uchun 6969 stop yazin. stop yazdim, amma sms getmedi, yeni sms acharag yene yazdim stop yene getmedi. 722 zeng etdim, nomre bagli idi, 622ye zeng etdim (bu nomreler smsda gosterilmishdi) mushteri xidmetleri buyurun deye bir operatcavab verdi, ozunuzu tegdim edin dedikde neye lazimdir, sozunuzu deyin deyildi, bir geder israr ederek adini Eliyeva Leyla oldugu deyildi. Neye gore menim shirket nomremde bele bir xidmet aktiv olub deye sorushdum 2 deyge arashdirmadan sonra cavab geldiki onlar bunu etmeyib, bes kim edib? ve neye gore video uzerinde melumat yoxdur, menim raziligim olmadan bu xidmet aktiv edilib? 10 degige danishdim mene 2 defe uzume telefonu goydular, ve daha sonra cavab vermediler. Men hara shikayet ede bilerem? Neye gore her gun men 59 gepik pul odemeliyem? ve menim raziligim olmadan? sms xidmetleri ishlemediyi uchun menim hele onlara zeng ederek 10 degige pulumu ve vaxtimi aldilar.
Cavab: 

Məsləhət: 1. 195-2 nömrəsi ilə İqtisadiyyat Nazirliyinə məlumat verin və ya

2. Bizə saytımızda göstərilən ərizə formasına uyğun ətraflı ərizə yazın,  hüququnuzu təmənnasız qoruyaq. 

09.09.2016
Namiq Aliyev
Sual: Salam biz 2014 ci ilde bakuelectronics den split koondisioner almiwiq.3 il her bir detalina zemenat verilib,hetta slanqlarina bele.Lakin colde oldugu ucun slanq gun isigindan korroziyaya ugrayib.servise zeng edib cagirmisam gelib calaq elediler amma yenede duzelmedi.men onlara zemanet talonunu gosterdim.seklini cekib aparib sirkete gosterdiler ve mene deyisdirileceyi dediler ,amma 2 ci mertebe oldugu ucun kran getizdirmeli oldugumu bildirdiler ve ya 50 AZN odeyib servisin kranini getizdirmeli oldugumu bildirdiler.Men onlara naraziligimi bildirdim,cunki servis xidmeti zemaneti ne cur yerine yetirirse onlarin problemi oldugunu bildirdim.amma onlarin isleme seraitin pis oldugu ucun gelmediler ve bu bir muddet bele qaldi.2-3 gun olarki zeng edib cagirdimki gelsinler kran pulunu odeyecem ve mene bildirdilerki xidmet odenislidir 35 AZN odemeliyem.sorusdumki cirilan slanqi ozum alsam bele?(eslimde men almali deyilem,sadece keyfiyyetli slanq olmasi ucun almaga raziyam) dedilerki ferqi yoxdu.cirilan slanqin deyisilmesi mene 85 manata basa gelecek.dedilerki slanqa zemanet dusmur,amma mene zemanet verilib ve talon helede etibarlidir.bu ne derecede duzgundur.
Cavab: 

Hörmətli Namiq müəllim, əgər zəmanət talonunda \"şlanq\" zəmanətlidirsə, Siz tam haqlısınız. 

Məsləhət: 1. 195-2 telefonu ilə İqtisadiyyat Nazirliyinə müraciət edin və ya 

2. Bizim təşkilşata ətraflı ərizə yazın, çalışaq kömək edək. 

06.09.2016
Namiq Musayev
Sual: salam.23.08.2016 il tarixində MYPHONE.AE İNTERNET VASİTESİ İLƏ 229 usd mebləgində telefon sifariş etmişəm. 30.08.2016 tarixində telefon gelmeliydi amma hələdə nə telefon gəlməyib.dəfələrlə onlara email yazsam da hec bir cavab yoxdur.nə telefonum gəlib nə pulum.Xahis edirem komeklik edesiniz
Cavab: 

Bu saytdan sifarişlə bağlı çoxsaylı şikayətlər daxil olur. Telefonlar keyfiyyətsiz çıxır və s. Məsləhət görürəm İqtisadiyyat Nazirliyinə müraciət edin. Tel 195-2 və ya 498 15 04.

25.08.2016
Tural Muradli
Sual: Yazdigim ismaricda qurumun adını qeyd etmek yadimdan cixib.Myphone.ae Bu sayt vasitesi ile dubaydan telefon getirmek mümkündü. Ve İndide bele hrkt edirler.
Cavab: 
25.08.2016
Tural Muradli
Sual: Axsaminiz xeyr. Menim basıma bele bir hadise gelib. Dünyadan telefon getiren bir qrumdan telefon almisam. İyul ayının 11 yada 12si telefonu goturmusem. Ve hemin ayın 24u telefonda nasazliq olub ve ayın 25i hemin qurum yazmisam zemanetle bağlı. İndi mene cvb yazılib ki eğer telefon suya dusubse veya telefonun üzerine maye tokulubse ondan sonra yaranan nasazliq zemanete daxil deyil. Halbuki bu telefon hec su uzu gormeyib. Yeni zemanetden yalandan boyun qaçırırlar. Ve hele bu telefonun düzeltilmesi ucun menden 295 pul isteyirler. Telefonun qiymeti qeder.İndi men bu halda ne etmeliyem ? Yalandan telefonun suya dusduyunu deyirler halbuki bu telefonu özüm isletmisem ve ele bir halda baş vermeyib.
Cavab: 

Qeyd etdiyiniz saytdan satılan teelfonlardan şikayət çoxdur. Məsləhət görürəm hökumət orqanlarına müraciət edin. telefonları 195-2 və ya 498 15 04. 

23.08.2016
gulnar rustemova
Sual: salam.Menim sikayetim usagi bagcaya qoyub mende hami kimi islemek isteyirem.Ozum kirayede qaliram yoldasim ayin 20 gunun islemir.Mende islemek isteyirem ,hec bir bagca usagi goturmek istemir.Axi neye gore?Dovlet bagcasi nevaxtdan pulnan olub axi?Bagcani tikiblerki ehtiyaci olan usagin qoysun islesin.100 manata yaxin durmurlar.Hele hec muduru tapa bilmirsen bagcada.Xais edirem mene komek edin hec olmasa usagi yerlesdirimki mende isleye bilim,veziyyetimiz yaxsi deyil.
Cavab: 

Biz istehlıakçı hüququnun qorunması ilə məşğul oluruq. Məsləhət görürəm Bakı şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edin. 

21.08.2016
Aygun Quliyeva
Sual: Salam.menin 40gunlik qizim var .men ona 1defelik sud pulu almaq isdiyirem.bilmey isderdimki o pul neqederdi?? 95manat yaa 110 manat .mene 95diyibler zakis idaresinde
Cavab: 

Bu sual bizə aid deyildir. Biz istehlakçı hüququnu qoruyuruq. 195-7 nömrəsi ilə dövlət orqanından məlumat ala bilərsiniz. 

17.08.2016
gunel bayramova
Sual: Salam.men hec kimden deqiq oyrene bilmirem ki,uwaga aliment kesilib 100man.ali mehkeme de fevralda olub.men indi isteyirem ki wexsin maawina esasen kesilsin.(yeni maawi yuksek olduguycun) cox kesilmesi telebiyle iddia qaldira bileremmi?mene here bir soz deyir.mene deqiq qanuna uygun olani deyin mumkunse cox xahiw edirem..
Cavab: 

Təşkilatımız istehlakçı hüquqları ilə məşğuldur. Məsləhət almaq üçün hüquqşünasa zəng vurun. Habil İsgəndərov 050 314 81 88. 

17.08.2016
Vusal Novruzeliyev
Sual: Salam bagislayin sizi narahat edirem menim 4 baw yani balali yeni umumi 8 bas iri buynuzlu heyvanimi 10 gun pulun vermey sertiyle aparib hal hazirda 1-il 2-aydi pulun ala bilmirem heyvanlari menden aparandan 1 hefte sora satib indide mene deyir seni tanimiram men hara muraciet edim mene komey edin xais edirem
Cavab: 

Polisə müraciət etməyinizi məsləhət bilirəm. 

17.08.2016
Araz Maniyev
Sual: Eyyub müəllim salam! Xahiş edirəm Ovqat kolbasalarının keyfiyyəti barədə məlumat verəsiniz.Necə ola bilər ki kolbasanın içindən milçək çıxa.Ətraflı məlumat verməyinzi Xahiş edirik.Əvvəlcədən təşəkkür edirik.
Cavab: 

Bəli, bu anormal haldır. Təşkilatımız bu məsələ ilə maraqlandı. Lakin istehsalçı gigiyenik tələblərə əməl olunması barədə heç bir sənəd yəqdim etmədi. Əfsuslar olsun ki, biznes qurumlar mövcud vəziyyətdən sui-istifadə edirlər. Bir sözlə, istehlakçılar çox diqqətli olmalıdırlar. 

11.08.2016
Emil İbadov
Sual: Salam! Əhaliyə belə bir xidmətin göstərilməsi təqdirəlayiqdir. Buna görə sizi alqışlayıram! Müraciətim qaz sayğacındakı tənzimləyici ilə bağlıdır. Qaz sayğacındakı tənzimləyici sıradan çıxarsa onun təmiri yaxud təmiri mümkün olmazsa dəyişdirilməsi kimin hesabına həyata keçirilir: Abonentin yoxsa Qaz təchizatçısının? Təşəkkürlər!
Cavab: 

Bu hal Sizin müdaxiləniz səbəbindən olmayıbsa, təmir \"Azəriqaz\"ın  hesabına edilir. 

10.08.2016
sehrane talibova
Sual: salam 8 avqust 2016 ci ilde sumqayitda samsunq maqazasind9an b999 99[sc9h firmasinin kondinsoneri ni almisam9 avqust 2016 ci ilde yeni sabahisi gunu maqazaya muraciet edib qaytarmaq istediyimi bildirdim indi samsunq serviz onu sokub maqazaya aparmaq ucun menden 100 manat mebleqinde odenis isteyir meni mde buna imkanim yoxdur bu ne qeder duzgundur sizden artiq derecede xahis edirem mene komeklik edesiz
Cavab: 

Əgər kondisonerin zavod qüsuru və ya quraşdırma qüsuru varsa və bunu Samsung Servis etiraf edirsə, özləri söküb aparmalıdır. Digər hallarda sökülmə işini Sizin hesabınıza yerinə yetirilməlidir. 

09.08.2016
Mecid Suleymanzade
Sual: Salam.alinan torpaq mulkleri ne qeder vaxt erzinde qaytarila biler?
Cavab: 

14 gün müddətində maldan və xidmətdən imtina etmək hüququnuz vardır. 

04.08.2016
Leyla Cahangirova
Sual: cörəyin qiyməti qalxibmi? Əgər yox onda bizdə niyə 30 qəp çörəyi 40qəpiyə berib deyirlər qiymət artib
Cavab: 

Çörəyin qiyməti dövlət tərəfindən tənzimlənmir. Çörək istehsalçısı istəsə qiyməti qaldıra və ya endirə bilər. Bizim təşkilat vətəndaşların ucuz və keyfiyyətli mal almasının  tərəfdarıdır. 

02.08.2016
Bextiyar Eyvazov
Sual: Salam,sualim qaz problemi ile baglidir,13 yanvar 2015ci ilde saygacin gostericisi menfiye getdiyine gore saygac yenisi ile evez olunmusdur,20 iyul 2016ci ilde Suraxani rayonu Azeriqaz IB-den gelen melumata gore GUYA saygacin klapani kenar tesir neticesinnde sindirilib,cixis yivli birlesme korroziyaya ugrayib,ve mehz buna gore de hazirki saygacimin smart kartini Azeriqaz emekdaslari koda saliblar ve men karta odenis ede bilmirem,halbuki mudaxileden xeberim yoxdur,bu mene qarsi ser ve bohtandir,men bununla bagli hara muraciet ede bilerem?
Cavab: 

Saytımızda göstərilən ərizə formasına uyğun ətaflı ərizə yazın. Hüququnuzu təmənnasız qoruyaq. 

22.07.2016
Efqan Ismayilov
Sual: Salam.Vekiller Kollegiyasinin sened qebulu hacan bitir zehmet olmasa eger melumatiniz varsa bize bildirerdiz onceden tesekkurumuzu bildiririk.
Cavab: 

Biz istehlakçı hüququ qoruyuruq. Əgər istehlakçı hüququnuz pozulubsa, kömək edə bilərik.

19.07.2016
namik hasan
Sual: Xahis edirem bohtandan el cekin.
Cavab: 

Sizi də böhtandan əl çəkməyə dəvət edirəm.

19.07.2016
My Life çevirmək olub necə Lexieloancompany@yahoo.com Nicole Marie
Sual: My Name Ohio, Amerika Birləşmiş Dövlət Nicole Marie və həyat indi mənim və ailə üçün rahat yaşamağa dəyər və i iki uşaq ilə mübarizə mum edirəm və i kimi mən, həqiqətən, yaxşılıq mənim həyatımda bu qədər göstərilən görməmişəm olmuşdur ərim son iki həftə dəhşətli qəza rast kimi ciddi bir problem keçir, və həkimlər onu yenidən gedə bilməsi və i getdi sonra onun əməliyyat üçün vərəqələrinin ödəyə bilmirdi o bir incə cərrahiyyə məruz lazımdır ki, ifadə kredit üçün banka və mən Allah qorxusu insan rast gəldi i atamın yanına qaçdı və i yahoo cavab vasitəsilə gəzən zaman o, mənə kömək edə deyil oradan heç bir kredit kartı olduğunu ifadə edərək, mənə salmaq əlverişli faiz dərəcəsi kreditlər verir və səbəbindən ki, i İnternet əsasən Afrika bir çox aldatmacalardan haqqında eşitmə edilmişdir, lakin bu, mənim çıxılmaz vəziyyətə, i bu cəhdi vermək üçün daha heç bir seçim idi (Mr Martinez Lexie) şirkət Amerika Birləşmiş Dövlət və təəccüblü bütün bir yuxu kimi idi, i 82,000.00 USD kredit alıb və mən ər əməliyyat payed və o ok və gəzmək bu gün Allaha şükür, mənim ailə xoşbəxt və dedim özümə i wonders bu böyük Allah Man Mr Martinez Lexie mənə və mənim ailə üçün nə qorxusu dünyaya bağırmaq ki, belə hər kəs e-mail vasitəsilə Allah qorxusu insan müraciət kreditin həqiqi və ciddi ehtiyacı var, əgər: (Lexieloancompany@yahoo.com) və ya Şirkət internet vasitəsilə: http:lexieloans.bravesites.com və ya mətn: +18168926958 thanks
Cavab: 

Üe protect consumers` right. 

18.07.2016
Könül Məmmədova
Sual: Salam.mən 2012 ildə Azərbaycan Texologiya Universitetini bitirmişem ixtisasim yol hərəkətinin təşkilidir.bilmək istəyirəm bu ixtisasla harda və hansi vəzifədə işləyə bilərəm?istəyirəm Daxili işlər nazirliyinde işe qebul olum bu mumkundurmu ?mumkundurse ne etmeliyem?öncədən təşəkkurlər.
Cavab: 

Biz istehlakçı hüququ qoruyuruq. İstehlakçı hüququnuz pozulubsa, buyurun təmənnasız kömək edək. 

14.07.2016
carey rodriguez
Sual: HELLO, siz kredit, Venture Capital, Biznes kredit, Təhsil Kredit, ev kredit, hər hansı bir səbəbdən və təcili ehtiyacları üçün kredit ehtiyacı var !. 10 il maksimum müddəti. sizin bank tərəfindən rədd edilmişdir? Siz pis kredit var? Siz ödəmək vərəqələrinin var? Siz borc var? Siz biznes qurmaq lazımdır? biz burada sizə 2% faiz dərəcəsi ilə kredit təklif kimi heç bir daha narahat. 50, 000,000.00 üçün 500 ABŞ dolları Bizim kredit dəyişir, Biz də ABŞ dolları və Avro və dünyanın hər bir digər valyutada borc !! e-mail vasitəsilə bizə bu gün əlaqə; (Careyrodriguez7@gmail.com)
Cavab: 

We protect consumers` right.

01.07.2016
Agasef Memmedli
Sual: Salam aleykum. Hardasa 8 ay bundan evvel myphone.ae saytindan telefon sifariw etmiwem. bu da Fb sehifeleri https:www.facebook.commyphone.ae Bir hefte bundan once telefon elimde sondu ve bir daha yanmadi.(isthesalci qusuru oldugu awkarlanib). hemin bu sayt 12 ay qarantiya verib. yazdim onlara telefonu evvelce azerpocta tehvil vermeyimi(poctun wobe muduru qebul etmedi) daha sonra ise Dubaya gondermek ucun numayendelerine vermeyimi isdediler. telefonu verdim Ehmed adli numayendelerine. sonradan belli oldu ki bu sen deme numayyende deyilmiw sadece telefonu aparib getiren adamdi ve hec bir mensuliyyet dawimir. Hemin saytda telefonu tehvil verdiyimi dedim ve muveqqeti istidade ucun telefon teleb etdim. cavabinda ise Bakida filiallarin olmadigini ve telefon vere bilmeceyini soylediler. internetde bunlardan eyni sebebe gore telefonu zemanet ucun Dubaya gonderenleri tapdim. Hemin adamlar artiq 3-4 aydi ki telefonlarin geri ala bilmirler. Ala bilenler de telefonun temir olunmamiw veziyyetde alirlar. Bir necesi hetda eseb xesteliyine tutulublar bunlarin ozbawnaliqlarin elinden. telefonum artiq bir heftedi Ehmed deyilen wexsdedi. melumat almaq isdedikde tezlikle gonderilecek soyleyirler. Bakida hec bir numayendeliyi yoxdu. Wirket ozu Amerika wirketi kimi qeydiyyatdan kecib. Deyilene gore Amerika ve Dubayda ofisleri var. bunlarla ne telefonla elaqe saxlamaq olur nede bawqa cur. Yalniz saytda online chat vasitesi ile sohbet etmek olur. Mene ve menimle eyni veziyyetde olan sade insanlara bir meslehet verin. hara muraciyyet edek. kime derdimizi deyek? Cox sag olun muellim.Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətine yazmiwiq. Cavabinda Mehkemeye verin deyibler.
Cavab: 

myohone.ae saytından çox şikayətlər gəlir. Siz artıq dövlət orqanına müraciət etmisiniz. Təbiidir ki, bütün dünyada insan çətinliyə düşən zaman öz dövlətinə müraciət edir. Məsləhət görürəm, gedin qəbullara və şikayətinizin təmin olunmasını tələb edin. Əgər ərizə ilə bizə müraciət etsəniz, biz də dövlətə müraciət edəcəyik. 

01.07.2016
Orxan Memmedli
Sual: Salam. Men lenkeran rayonunda yasayiram. 6il firmalarda iwlemiwem. Cenub rayonunda demek olar 90faiz magazalarla munasibetim cox yaxwidi. Bu zonada wirniyyat satiwi heyata kecire bilerem. Her hansi bir firmanin mallarin satiw ede bilerem. Ne komeklik gostere bilersiniz. Onceden tewekkur edirem.
Cavab: 

Salam. Əfsus ki, biz bu işlə məşğul olmuruq. Alıcıların hüququnu qoruyuruq. Probleminiz varsa, buyuru kömək edək. 

30.06.2016
Elçin Kərimov
Sual: Salam. Men 23.06.206 tarixdə Baki, Azadliq prospektinde yerleşen Baku Electronics magazasindan kreditle qiymeti texminen1119 manat olan Samsun Galaxy S7 markali mobil telefon aldim. novbəti gun enerji yigmasi üçün şebekeye qoşandan sonra hiss etdim ki telefonun arxasi isinir. Getdim hemin magazaya dediler onlarin resmi temir merkezine müraciet edim, orada xüsüsi qurgu ilə telefonu açmadan diaqnostikadan keçirenden sonra yazili rey verecekler. bu reye esasen magaza ya telefonu deyishecek ya da yox. 29.06.2016 tarixde servisde telefona baxiş keçirdiler ve ciddi cehdle axtarişdan sonra üzlük şüşenin üzərinde gözlə güclə görünen xirda ciziqlar aşkar edib telefonu qaytarmaqdan imtina etdiler. Lakin telefonu heç bir xüsusi qurgu ve ya proqramla yoxlamadan şifahi olaraq bildirdilər ki, telefonun qizmasi tebiidir burda qeyri adi bir şey yoxdur. men de bildirdim ki, bu halda istehsalçinin bu telefon barede verdiyi texniki parametrlərde bu telefonunu qizmasinin tebii ve yarana bilecek hal olmasi barede resmi reyini gosterin. Bele bir sened vere bilmediler. Son neticede temir xidmetinin müdüri emekdaşlarina göstəriş verdi ki bu barede istehsalçiya sorgu gonderilsin ve mene bu barede melumat verilsin. Orada cavabin 2-3 gun erzinde olacagi bildirildi. Xahiş edirem yaranmiş veziyyetle bagli mene köməklik edesiniz ve meslehet veresiniz.
Cavab: 

Məsləhət görürəm, Sizin  hüququnuzu qorumağa cavabdeh dövlət orqanına - İqtisadiyyat Nazirliyinə zəng edib, şikayətinizi bildirəsnizş - 195- 2; 012 498 15 04

30.06.2016
Sevda Esedova
Sual: Salam, bir qızın şeklin bir tanışım menden isteyirdi, dostu o qızla tanış olmaq isteyirdi ona göre. Mende bunun erinin ve özünün şeklini gönderdimKi bu qız evlidi. İndi qız meni polise şikayet edib. Şekli gönderdiyim adam Söhbeti üzerinden atır. Deyir men şekil istememişem. Men polis bölmesinde her Şeyi oldugu kimi danışdım. İndi ne olacaq. Mene ne ceza düşecek?
Cavab: 

Biz istehlakçı hüququnu qoruyuruq. Əgər Sizə qeyri-qanuni təzyiqlər varsa, təmənnasız olaraq kömək etməyə hazırıq. 

30.06.2016
Cavid Vahidov
Sual: Salam. Mən qida məhsulu istehsalı ilə məşqul olmaq istəyirəm. Sadəcə yeyinti məhsullarına verilən uyğunluq, gigiyenik sertifikatı necə və hansı qurumun verdiyini tam oyrənmək istəyirəm.Zəhmət olmasa mənim sualımı cavablandırasınız. Zaman ayırdığınız üçün təşəkkürlər!
Cavab: 

Gigiyenik sertifikatı Səhiyyə Nazirliyi verir. Uyğunluq sertifikatını Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi verir. Təmənnasız olaraq hər cür kömək etməyə hazırıq,t əki Siz keyfiyyətli məhsul istehsal edin. 

28.06.2016
Oqtay Əliyev
Sual: Salam! Dükanlarda kiçik sarı paketlərdə qara istiot adıyla satılan məhsul nə iyinə görə, nə də görkəminə görə istiota oxşamır. İstiotun iyi xoşagələndir və mən ondan daim istifadə edirəm. Ancaq dediyim paketdəki nədirsə, tütün iyi verir. Dəfələrlə iylədim və siqaret iyi ürəyimi bulandırdı. Dükançıya iradımı bildirdim. O isə nə edim, bizə belə verirlər. Onu da qeyd edim ki, belə paketlər kütləvi bütün dükanlara verilir. Biz alıcılar nə etməliyik?
Cavab: 

Rica edirem sizdeki numuneni bize chatdirin. Erize yazin, Sizin ishtirakinizla, komekleshib qarshisini alaq. 

21.06.2016
tarana veliyeva
Sual: Salam. Biz 11- ci sinifde oxuyan usaqi kursa yazdirmaq isteyirik. 8-ci km de bazara catmamis ALFA tedris kurslari var idi.Bir az maraqlandiq. Odenis 144 AZN.Guya 180 olub 20 faiz endirim edibler. Bir nece gnden sonra getdim gordum artiq ALFA yox XEZER kurslari yaziblar. Dedim niye bu qebulun vaxti adinizi deyisdirmiziniz dediler ALFA mental kurslari usaqlar ucun idi biz ise 2-ci ad altinda telebe hazirlasdiracagiq. Amma burosurlarda yene mental hazirliq barede reklam gedirdi. Sonra mene dediler ki odenisi tam etmelisiniz. Muqavile baqlayin. Men sorusdum hele iyun ayidi birden setyabracan fikrimi deyissem ve sizin kurs haqqinda nese esitsem gelib muqavileni pozub pulumu goture bilerem. Dediler ki ele sey yoxdu pulunu verdin qurdardi.Geri qaytarmaq sohbeti yoxdu.Dedim hele ders baslamayib siz mene hec bir xidmet gostermemisiniz niye pulumu ala bilmerem. Indi cenablar sualim suzedir.Her yerinden duran kurs acir.Biz mecburuq muraciet edek.Ona gore ki ayri- ayri muellim bahadir.Indi bilmek isteyirem konkret bu kursun tesiscisi kimdi. 2-ci lisenziyani kim verir. 3-cu men pulumu geri ala bileremmi eger kursa getmek barede fikrimi deyissen. Melumat ucun bildirim ki bu barede mene teqdim olunan muqavilede hec ne yazilmayib. Birde axirinci sual niye goren bu kurs adini deyisdirib. Evvelceden tesekkurumu bildiririm. Saq olun.
Cavab: 

Bu fəaliyyət lisensizyasız fəaliyyətdir. Pulunuzu geri almaq hüququnuz vardır. Ətraflı ərizə ilə bizə müraciət etsəniz həll edərik. Adın dəyişdirlməsi məsləsi isə bizə aid deyildir. 

20.06.2016
Pərvanə kazımova
Sual: Salam. Zəhmət olmasa deyin, suyun tərkibini yoxlatmaq üçün hara müraciət etmək olar? Bizə verilən suyun texniki su olduğundan şübhələnirik.
Cavab: 

Azərbaycanda texniki su ümumiyyətlə yoxdur. Sanitar orqanlara müraciət edə bilərsiniz. Bizə təşkilatımıza 0.5l gətirib, codluğunu öyrənə bilərsiniz. 

19.06.2016
Elsan Mehdizade
Sual: Salam men bowaniram bilmek isteyirem uwagim 10 ayliqdi anasinda qalacag yoxsa mende.isteyirem mende qalsin bu nece mumkundur.
Cavab: 

Biz istehlakçı hüququ qoruyuruq. Suaı bizə aid deyildir. Məsləhət üçün Habil İsgəndərova zəng vura bilərsiniz - 050 314 81 88

Sual yaz
 1    2    3    4    5    6    7    8    9    10    11    12    13    14    15    16    17    18    19    20    21    22    23    24    25    26    27    28   29    30    31    32    33    34    35    36    37    38    39    40    41    42    43    44    45  
read more...
read more...
read more...
read more...
Copyright © 2007 Independent Consumer Union of Azerbaijan! All rights reserved. Created by  Lider web studio